DÜNYA


Qasırğa planları dəyişdirir: Haitidə seçkilər başqa vaxta keçirilib

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

“Metyu” qasırğasının zərbəsi o qədər güclü olub ki, Haitinin hakimiyyət orqanları oktyabrın 9-na təyin edilmiş prezident seçkilərini başqa vaxta keçirmək qərarına gəliblər. Seçkilərin yeni tarixi oktyabrın 12-dən gec olmayaraq elan ediləcək.

AZƏRTAC Qərb KİV-lərinə istinadla xəbər verir ki, azı 19 nəfərin ölümünə səbəb olan təbii fəlakət dünyanın ən kasıb ölkələrindən biri olan Haitiyə böyük ziyan vurub. Küləyin sürəti saatda 230 metrə çatan “Metyu” qasırğası artıq Haiti, Dominikan, Yamayka və Kubanı tərk edərək Baham adalarına yetişib. Karib dənizi hövzəsində həlak olanların ümumi sayı 26 nəfərə çatıb.

“Metyu”nun gəlişini ABŞ-ın şərq sahillərində də narahatlıqla gözləyirlər. İnsanlar ərzaq və su tədarükü görür, evlərini möhkəmləndirirlər. Birləşmiş Ştatların cənub-şərq regionlarında 1600-dən çox aviareys ləğv olunub. Florida, Corciya, Şimali və Cənubi Karolinada fövqəladə vəziyyət rejimi elan edilib. İki milyondan çox sakin hakimiyyət orqanlarından təxliyə barədə tövsiyə alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.