İQTİSADİYYAT


“Qatar Airways” endirimli Səyahət Festivalı təklif edir

A+ A

Bakı, 29 avqust, AZƏRTAC 

“Qatar Airways”in məşhur Səyahət Festivalı başlayıb. Artıq səyahətçilər müxtəlif istiqamətlərə xüsusi qiymətlərdən faydalanacaqlar.

“Qatar Airways”in Bakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, avqustun 29-dan sentyabrın 5-dək davam edəcək Qatar Airways Səyahət Festivalı 2 al 1 ödə, 50 faizə qədər endirim, uşaqlar üçün pulsuz səyahət imkanı kimi təkliflərlə bu il sentyabrın 15-dən 2017-ci ilin iyunun 30-dək səyahət imkanı verəcək.

Festival həmçinin otellərdə xüsusi təkliflər, avtomobil icarəsinə endirim və s. kimi üstünlüklərlə də səyahətçiləri sevindirəcək.

Müştərilər Bakıdan Amerikaya 632 manatdan, Hindistan Subkontinentinə 777 manatdan, Afrikaya 1042 manatdan və Yaxın Şərqə 350 manatdan başlayaraq səyahət edə biləcəklər. Qatar Airways Privilege Club üzləri Səyahət Festivalı zamanı edilən bronlar üçün üçqat Qmiles qazanacaqlar.

Səyahət Festivalı zamanı olan təkliflər həm biznes həm də ekonom sinfə aid olub gediş-gəlişli biletlər üçün “Qatar Airways”in Avropa, Yaxın Şərq, Amerika, Afrika, Hindistan Subkontinenti və Asiyada 150-dən çox istiqamətə şamil ediləcək.

Səyahət Festivalı təklifləri haqqında məlumat üçün müştərilər qatarairways.com/travel festival saytını izləyə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.