MƏDƏNİYYƏT


“Qatil” filmi Tbilisi Beynəlxalq Film Festivalında

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Xalq Yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filmi 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümünə dəvət alıb. Festival noyabrın 28-dən dekabrın 4-dək Tbilisidə keçiriləcək.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, filmin quruluşçu rejissoru Kamran Şahmərdan festivalda iştirak edəcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

Filmin ssenari müəllifi Xalq Yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev və Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.