REGİONLAR
Qax Dövlət Kukla Teatrı yeni mövsümü “Qızıl balıq”la açacaq
Qax, 6 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrı sentyabrın 16-da - yeni mövsümün açılış günündə balaca tamaşaçılara A.S.Puşkinin “Qızıl balıq” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edəcək.
Bu barədə AZƏRTAC-a teatrın direktoru Nazim Mahmudov məlumat verib. Rejissor Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Araz Mehrablı (qoca), Afət Yaqubova (qarı), Elnarə Razıyeva (qızıl balıq), Azər Kərimov (təlxək) ifa edirlər. Tamaşanın musiqisi görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun simfoniyaları əsasında tərtib olunub.
Hazırda teatrda “Maşa və ayı” rus xalq nağılı əsasında səhnələşdirilən tamaşa üzərində məşqlər davam edir. Bakıdan dəvət olunmuş rejissor Elşad Rəhimzadənin quruluş verdiyi bu səhnə əsəri sentyabrın sonunda tamaşaçılara təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:23]
Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb
- 08.05.2024 [17:48]
Gəncədə “Yaradıcı müzakirələr” keçirilir
- 08.05.2024 [17:02]
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 08.05.2024 [16:57]
Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb
- 08.05.2024 [16:35]
Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb
- 08.05.2024 [16:34]