REGİONLAR


Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyində 11 min 500-dən çox eksponat mühafizə olunur

Qax, 18 may, Mustafa Dadaşov, AZƏRTAC

UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının qərarı ilə 18 may dünyanın hər yerində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, əlamətdar gün münasibətilə mayın 18-də Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Açıq qapı” günü elan edilib. Aksiya çərçivəsində gün ərzində məktəb kollektivlərinin muzeyə ekskursiyaları təşkil olunub, ziyarətçilərə muzeyin fəaliyyəti, rayonun və bölgənin tarixi barədə geniş məlumat verilib.

Muzeyin direktoru Mahir Əfəndi bildirib ki, aksiyanın keçirilməsində əsas məqsəd muzeylə əhali arasında daha canlı əlaqənin yaradılmasına nail olmaqdır. Çünki muzey kolleksiyaları xalqın keçmiş adət-ənənələrini və bugününü ziyarətçilərə aşılayır və ünsiyyət yaradır. Muzeylər mədəni mübadilə, mədəniyyətlərin zənginləşdirilməsi, əməkdaşlıq, insanlar arasında sülhün bərqərar olmasında mühüm vasitə kimi çıxış edir.

Qeyd edək ki, 1981-ci ildə beş yüzə yaxın eksponatla fəaliyyətə başlayan Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyində hazırda rayonun qədim tarixindən soraq verən 11 min 500-dən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.