REGİONLAR
Qax məktəbliləri voleybol üzrə yeniyetmə qızlar arasında ölkə birinciliyinin qalibi adını qazanıb VİDEO
Xaçmaz, 13 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Olimpiya İdman Kompleksində Yeniyetmələrin X Respublika oyunlarının proqramına daxil olan voleybol üzrə məktəbli qızlar arasında ölkə birinciliyinin qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 2002-2003-cü il təvəllüdlü qızlar arasında keçirilən yarışların final mərhələsində 8 komandanın tərkibində 120-yə yaxın idmançı mübarizə aparıb.
Bakı, Sumqayıt, Gəncə, Qax, Şəki, Şirvan, Tovuz və Mingəçevir kollektivlərinin mübarizə apardığı çempionat Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə reallaşıb.
Üç gün davam edən gərgin mübarizədən sonra Qax voleybolçuları turnirin qalibi adını qazanıb. Sumqayıt kollektivi ikinci, Bakının Xətai rayonunun məktəbliləri isə üçüncü yerə layiq görülüb.
Birincilikdə qalib gələn komandalar Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallarla təltif olunub.