REGİONLAR


Qax rayonunun 13 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb

A+ A

Qax, 28 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə Qax rayonunun 13 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq sakinlərin istifadəsinə verilib. Qurğuların tikintisi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə “Retro Holdinq” şirkəti tərəfindən həyata keçirilib.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində 13 kəndin hər birində sutəmizləyici qurğu tikilib, məhəllələrə ümumilikdə 120 bulaq çəkilib. Beləliklə, bu kəndlərdə içməli su problemi tam aradan qaldırılıb və sakinlər ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunub.

Qeyd edək ki, əvvəllər belə qurğular respublikamıza digər ölkələrdən gətirilirdi. Artıq sutəmizləyici qurğular Azərbaycanda da istehsal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.