REGİONLAR


Qax tütün istehsalı və emalı məntəqəsi indiyədək fermerlərdən 93 ton yaş tütün qəbul edib VİDEO

Qax, 3 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun tütünçülük təsərrüfatlarında bir neçə gündür tütün yığımına başlanılıb. Yığılan yaş tütün qurudulmaq üçün sahələrdən birbaşa “İnter Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir. İndiyədək fermerlərdən 93 ton yaş tütün qəbul olunub.

Məntəqənin aqronom-texnoloqu İbrahimxəlil Babayev AZƏRTAC-a bildirib ki, tütünün qurudulması üçün məntəqədə 60 ədəd odla tütünqurutma kamerası var. Hazırda 13 kameraya tütün qoyulub. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Qurudulan tütün preslənərək anbara yığılacaq və daha sonra tütün emalı zavoduna təhvil veriləcək.

Xatırladaq ki, cari ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 275 hektar artırılaraq 605,8 hektara çatdırılıb. Əkin sahələrinin 582,3 hektarına “Virciniya”, 8,5 hektarına “Berley”, 15 hektarına isə yerli tütün sortları əkilib.

2016-cı ildə rayonda 331 hektar sahədə tütün əkilib, 328,8 ton quru tütün istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.