REGİONLAR


Qaxda Qarabağ müharibəsi əlillərinə fərdi evlər verilib VİDEO

A+ A

Qax, 24 sentyabr, Mustafa Dadaov, AZƏRTAC

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı istiqamətində tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də nazirliyin sifarişi ilə Qax rayonunun Qaşqaçay, Əmbərçay və Zərnə kəndlərində inşa olunan 3 fərdi ev Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

Bu münasibətlə Qaşqaçay kəndində keçirilən mərasimdə ƏƏSMN-in məsul nümayəndəsi Natiq Əzizov və Qax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vüqar Əhmədzadə çıxış edərək, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıblar. Bildirilib ki, bu təbəqədən olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə təmin edilməsi respublikamızda icra olunan mühüm sosial proqramlardan biridir. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamı bu istiqamətdə tədbirlərin daha da güclənməsinə şərait yaradıb.

Diqqətə çatdırılıb ki, Sərəncamın icrasını təmin etmək məqsədi ilə ƏƏSMN tərəfindən 2014-2018-ci illər ərzində 5731 nəfərin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub. Sərəncama əsasən 5 şəhərdə - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində mənzillərin satınalınması, digər rayonlarda isə fərdi evlərin tikintisi planlaşdırılıb.

Bildirilib ki, 2014-cü ildə 174, 2015-ci ildə 281, 2016-cı ilin ötən dövründə isə 234 nəfər fərdi mənzillə təmin olunub. Qax rayonunda bu təbəqədən olan 23 nəfər mənzil növbəsindədir. Onlardan artıq 3 nəfəri fərdi mənzil alıb. Ümumiyyətlə, indiyədək nazirlik tərəfindən Qax rayonunda 52 nəfər imtiyazlı şəxs mənzillə təmin olunub.

Fərdi evin sahibi, ikinci qrup Qarabağ müharibəsi əlili Rövşən Həsənov çıxış edərək, onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Mənzillərin açarları ev sahiblərinə təqdim edilib.

Sonra tədbir iştirakçıları yeni evə baxış keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.