REGİONLAR


Qaxda “Xəmsə” milli intellektual oyunu üzrə keçirilən şəhər birinciliyi başa çatıb

A+ A

Qax, 22 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Qax məktəbliləri arasında keçirilən “Xəmsə” milli intellektual oyunu üzrə şəhər birinciliyi 2 saylı tam orta məktəb-liseyin komandasının qələbəsi ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qax Olimpiya İdman Kompleksində yerləşən Gənclər Mərkəzində təşkil olunan yarışda şəhərdə fəaliyyət göstərən tam orta məktəblərin komandaları iştirak ediblər.

Yarışlar başlamamışdan əvvəl dövlət müstəqilliyinin bərpasından ötən 25 il ərzində Azərbaycanın qazandığı uğurlara qısa nəzər salınıb, bütün bu uğurların məhz ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində əldə olunduğu vurğulanıb.

Bildirilib ki, yarışlar məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü daha da zənginləşdirmək, Azərbaycanın tarixini və mədəniyyətini geniş təbliğ etmək məqsədi daşıyır.

Sonra yarışlara start verilib və 2 saylı tam orta məktəb-liseyin komandası qalib olub. Qaliblər diplomlarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.