ELM VƏ TEXNOLOGİYA


Qaxda ali təhsilli gənclərə kənd təsərrüfatı və biologiya istiqamətləri üzrə təlimlər keçirilir

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin fəaliyyət proqramına daxil olan vacib məsələlərdən biri də regionda bu sahə üzrə gənc kadrların hazırlığına nail olmaqdır. Bu məqsədlə Qax rayonunun müxtəlif yaşayış məntəqələrində sorğu keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, sorğunun nəticəsinə əsasən, kənd təsərrüfatı və biologiya istiqamətləri üzrə ali təhsili olan gənclərin arzularını nəzərə alaraq könüllülərdən ibarət 15 nəfərlik qrup yaradılıb. Kənd təsərrüfatı üzrə elmlər doktoru, Əməkdar Elm Xadimi, professor Amin Babayevin rəhbərliyi ilə qrupa “Ekoloji kənd təsərrüfatının əsasları” üzrə təlimlər keçirilir. “Ekoloji kənd təsərrüfatının əsasları”nın tam kursunu əhatə edən təlimlər artıq üçüncü həftədir ki, davam edir.

Qeyd edək ki, cari il mayın 25-də yaradılan mərkəz regionda sağlam ekoloji mühitin bərpasına və inkişafına dəstək verir. Həmçinin region əhalisinin sağlam həyat tərzinin inkişaf etdirilməsi üçün əlverişli sosial şəraitin möhkəmləndirilməsinə yardım etməyi hədəfləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.