REGİONLAR
Qaxda fındıq istehsalı ötən illə müqayisədə 400 ton artıb
Qax, 9 oktyabr, AZƏRTAC
Bu il Qax rayonunun meyvə bağlarından 9700 ton məhsul tədarük olunub. Meyvə istehsalı ötən illə müqayisədə 200 ton artıb. Hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 5107 hektardır. Bunun 3750 hektarını fındıq bağları təşkil edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonun fındıq bağlarında məhsul yığımı artıq başa çatıb. Fermerlər bu il fındıq bağlarından 3400 tondan çox məhsul götürüblər. Əvvəlki illə müqayisədə fındıq istehsalı 400 tona yaxın artıb.
Hazırda təsərrüfatlarda qarğıdalı yığımı da mütəşəkkil davam edir. Qarğıdalı əkilmiş 1976 hektar sahənin 1800 hektarının məhsulu artıq yığılıb, 6400 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta hesabla 36 sentner, yəni ötən ildəkindən 12 sentner çox məhsul götürülüb.