REGİONLAR


Qaxda gənclərin yaradıcılıq bacarıqlarının artırılması üçün yeni layihə reallaşdırılır

A+ A

Qax, 29 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunmuş 8-ci qrant müsabiqəsinin qalibi olan “Bacarıqlı əllər qazandırır” layihəsi çərçivəsində oktyabrın 28-29-da Qax Olimpiya İdman Kompleksində yerləşən Gənclər Mərkəzində yaradıcı gənclər üçün ilk təlimlər keçirilib. Təlimlərdə 80 nəfərə yaxın yaradıcı gənc iştirak edib.

AZƏRTAC xəbər verir ki, təlimlər başlamazdan əvvəl layihənin rəhbəri Türkan Həsilova iştirakçılara layihə barədə ətraflı məlumat verib. Bildirilib ki, Qax Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və təhsil şöbəsinin təşkilati dəstəyi ilə reallaşan “Bacarıqlı əllər qazandırır” layihəsinin əsas məqsədi mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin mübadiləsi, sənətə baxış və digər tədbirlərin təşkil edilməsi, yaradıcı gənclərin təcrübə, bilik və bacarıqlarının artırılmasına nail olmaqdır.

Təlim zamanı gənclərə 50-dən çox növ üzrə əl işlərinin hazırlanması qaydaları öyrədilib, bu işlərin hazırlanması metodikasından bəhs edən DVD disklər paylanılıb.

Layihə noyabrın sonunadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.