REGİONLAR


Qaxda indiyədək 30 min tona yaxın taxıl istehsal olunub

Qax, 10 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Cari mövsümdə Qax rayonunda 13 min 868 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda biçin kampaniyasının qızğın çağıdır. Bu günədək 9 min 673 hektar zəminin məhsulu biçilib, 30 min tona yaxın taxıl tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 31 sentner təşkil edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, kampaniya dövründə ən yüksək məhsuldarlıq Ağyazı ərazisindəki təsərrüfatlarda qeydə alınıb. Bu təsərrüfatlarda orta məhsuldarlıq 35,7 sentner olub.

Taxılçılıq təsərrüfatlarında arpa biçini artıq başa çatıb. Fermerlər cari mövsümdə 3 min 73 hektar arpa sahəsindən 9 min 30 ton məhsul götürüblər.

Hazırda təsərrüfatlarda taxıl biçini sürətlə davam etdirilir. Kombaynlarla bağlı heç bir problem yoxdur. Ümumilikdə, biçin kampaniyasına 40-dək taxılbiçən kombayn cəlb olunub. Fermerlər qalan məhsulun da sahələrdən tez və itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər.

Rayonda tütün yığımı da mütəşəkkil qaydada aparılır. Bu günədək 191,5 ton yaş tütün yarpağı yığılaraq qurudulmaq üçün “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.