REGİONLAR


Qaxda inşa edilən Bayraq meydanı şəhərə xüsusi yaraşıq verəcək VİDEO

A+ A

Qax, 11 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax şəhərinin girişində inşa edilən Bayraq meydanı kompleksinin tikintisi sürətlə aparılır.

AZƏRTAC xəbər verir ki, milli memarlıq üslubunda inşa edilən, qədimliyi və müasirliyi özündə ehtiva edən bu kompleks Qax şəhərinə xüsusi yaraşıq verəcək, möhtəşəmliyi ilə yerli sakinlərin, həm də qonaqların diqqətini özünə cəlb edəcək.

Kompleksdə aparılan tikinti işlərinin gedişi barədə məlumat verən rayon icra hakimiyyəti başçısının Qax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elbrus Tağıyev bildirib ki, inşasına bu ilin yazında başlanan Bayraq meydanının ümumi ərazisi 3 hektardır. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 60 metrdir. Meydanın mərkəzində inşa edilən Bayraq muzeyinin sahəsi isə 800 kvadratmetrdir. Muzeydə dövlət rəmzlərimiz barədə, həmçinin ölkəmizin və Qax rayonunun tarixinə dair maraqlı məlumatlar toplanacaq və nümayiş etdiriləcək. Muzeyin bir hissəsində isə rayon tarix-diyarşünaslıq muzeyinin ekspozisiya zalı yerləşəcək.

Ərazidə çay daşından inşa edilən qala bürcləri və divarları kompleksə xüsusi yaraşıq verir. Meydanda açıq havada rayonun tarixi, folkloru, məişəti və kənd həyatına aid eksponatlar, qədim təsərrüfat alətləri nümayiş etdiriləcək. Burada kafe, həmçinin avtomobillər üçün dayanacaq da tikilir.

Bayraq meydanının tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.