REGİONLAR


Qaxda istehlakçı hüquqları ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Qax, 25 may, Mustafa Dadaşov, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçı hüquqları ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Xidmətin təşkilatçılığı ilə “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda növbəti konfrans mayın 25-də Qax rayonunda keçirilib. Tədbirə aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların və ictimaiyyətin nümayəndələri, sahibkarlar qatılıblar.

Konfransda rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, istehlakçıların hüquqlarının qorunmasında yerli icra hakimiyyəti orqanlarının vəzifələrindən danışıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik, istehlakçıların bilməli olduğu vacib məsələlər, həmçinin Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri, inzibati məsuliyyət tədbirləri barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda konfrans iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin gün, həmçinin Qaxda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda seminar təşkil edilib. Tədbirdə Dövlət Xidmətinin əməkdaşları iştirakçılara dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosedurları, dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.