REGİONLAR


Qaxda keçirilən əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb VİDEO

A+ A

Qax, 14 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə iyulun 14-də Qax şəhərində keçirilən növbəti əmək yarmarkasına rayonda fəaliyyət göstərən 20 müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 194 vakant iş yeri çıxarılıb. Yarmarkanın yekununda 54 nəfər işə düzəlmək üçün göndəriş alıb.

AZƏRTAC xəbər verir ki, yarmarkanın açılışı ilə əlaqədar keçirilən tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Laçın Hacıyev, Dövlət Məşğulluq Xidmətinin məsul nümayəndəsi Rəşad Əsgərli və başqaları çıxış edərək, qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların əmək bazarında iştirakının təmin edilməsi istiqamətində görülən işlərdən danışıblar. Diqqətə çatdırılıb ki, 2016-cı ilin birinci yarısında 1607 nəfər işaxtaran vətəndaş mərkəzdə qeydiyyata düşüb, onlardan 89 nəfərinə işsizlik statusu verilib. Bu müddət ərzində qurum tərəfindən 340 nəfər daimi işlə təmin edilib, 18 nəfər peşə hazırlığı kursuna göndərilib.

Sonra işaxtaran vətəndaşlar yarmarkaya çıxarılan boş iş yerləri ilə maraqlanıblar. Rayon mərkəzi xəstəxanası, “İnter-Tobacco” MMC-nin Qax tütün istehsalı və emalı məntəqəsi, “Şəfa” pansionatı yarmarkaya daha çox iş yerləri çıxarıblar. İş yerləri üçün təklif olunan əmək haqqı 120 manatdan 300 manatadək təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.