REGİONLAR
Qaxda keçirilən qanvermə aksiyasında 100-dək könüllü qan verib
Qax, 21 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, sentyabrın 21-də Qax Rayon Mərkəzi Xəstəxanasında keçirilən növbəti qanvermə aksiyasında 100-dək könüllü qan verib.
AZƏRTAC xəbər verir ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən mütəmadi olaraq həyata keçirilən bu xeyirxah aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.
Aksiyada rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları, mərkəzi xəstəxananın həkim və tibb işçiləri, peşə liseyinin müəllimləri fəallıq göstəriblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək.