REGİONLAR


Qaxda sərbəst güləş üzrə turnirdə 200-dən çox  idmançı qüvvəsini sınayıb

Qax, 16 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Qax Olimpiya İdman Kompleksində Əməkdar məşqçi Nəsrullah Məmmədovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə turnirə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, iki gün davam edən yarışda Bakı, Gəncə, Yevlax şəhərlərini, həmçinin Ağdam, Şəki, Oğuz, Zaqatala, Balakən və Qax rayonlarını təmsil edən 208 yeniyetmə güləşçi qüvvəsini sınayıb. İdmançılar 11 çəki dərəcəsində mübarizə aparıblar.

Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən xatirə turnirinin yekununda hər çəki dərəcəsi üzrə fərqlənən idmançılar mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.