REGİONLAR
Qaxda stolüstü tennis üzrə açıq rayon birinciliyi keçirilib
Qax, 30 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayon Uşaq-Gənclər İdman Məktəbində keçirilən 2002-ci il təvəllüdlü yeniyetmələr arasında stolüstü tennis üzrə açıq rayon birinciliyində 32 idmançı mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, yarışların açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib, dövlətimizin başçısının bu sahəyə xüsusi qayğısı sayəsində bölgələrdə də idmanın sürətlə inkişaf etdiyini, şəhər və rayonlarda müasir idman infrastrukturunun yaradıldığını diqqətə çatdırıb.
Vurğulanıb ki, yeniyetmə və gənclərin idmana olan maraq və həvəsini artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə rayonda davamlı olaraq belə idman yarışları təşkil edilir.
Birinciliyin sonunda fərqlənən idmançılar mükafatlandırılıblar.