REGİONLAR


Qaxda taxıl biçininə 33 kombayn cəlb olunub

Qax, 16 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun taxılçılıq təsərrüfatlarında arpa biçininə başlanılıb. Rayonun Ağyazı, Almalı, Zəyəm, Qorağan kəndlərinin ərazilərində ilk günlər 200 hektara yaxın zəminin məhsulu biçilib. Hər hektardan orta məhsuldarlıq 29 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Cari mövsümdə rayonda 13 min 868 hektar, yəni ötən ildəkindən 978 hektar çox taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 10 min 795 hektarını buğda, 3 min 73 hektarını arpa sahələri təşkil edir. Taxıl biçininə 33 kombayn, həmçinin lazımi qədər küləş presləyən aqreqat, şum traktoru, yük maşını, qoşqu və digər texnika cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.