REGİONLAR
Qaxda tütün əkini sahələri iki dəfəyədək artırılıb
Qax, 5 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunda ənənəvi istehsal sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz müsbət nəticəsini göstərir. Belə ki, cari ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 275 hektar artırılaraq 605,8 hektara çatdırılıb. Əkin sahələrinin 582,3 hektarına “Virciniya”, 8,5 hektarına “Berley”, 15 hektarına isə yerli tütün sortları əkilib.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda təsərrüfatlarda tütün əkinlərinə aqrotexniki qulluq işləri aparılır, sahələrə yemləmə gübrəsi verilir, alaq otlarından təmizlənir.
Mütəxəssislərin rəyinə görə, builki mövsümdə rayonda quru tütün istehsalının 600 tondan çox olacağı gözlənilir.
Xatırladaq ki, 2016-cı ildə rayonda 331 hektar sahədə tütün əkilib, 328,8 ton quru tütün istehsal olunub.