REGİONLAR


Qaxda yaxın illərdə 4 min hektar fındıq bağı salınacaq

A+ A

Qax, 22 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Qax rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində zəruri işlər görülür. Qısa müddətdə rayon ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində 619 hektar sahədə yeni fındıq bağları salınıb və bu istiqamətdə iş sürətlə davam etdirilir. Ümumiyyətlə, yaxın illərdə rayon ərazisində 4 min hektar, o cümlədən cari ilin sonunadək min hektardan artıq sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Hazırda Qax rayonunda mövcud fındıq bağlarının ümumi sahəsi 5041 hektardır. Bu bağların 4600 hektarı barverəndir. Bu il fındıq bağlarından 3152 ton, yəni ötən ildəkindən 94 ton çox məhsul tədarük olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.