REGİONLAR


Qaxın Ağçay kəndinə içməli su xətti çəkilib

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankının krediti ilə maliyyələşdirdiyi İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində Qaxın Ağçay kəndinə 4 kilometrlik su xətti çəkib.

AZƏRTAC xəbər verir ki, içməli suyu uzaq məsafədən daşımaq məcburiyyətində qalan kənd əhalisi üçün su çəni də quraşdırılıb. Həm boru xətti, həm də su çəni ağçaylıları dağlardan gələn içməli su ilə fasiləsiz təmin edəcək.

Ağçay kəndi Qax rayon mərkəzindən 14 kilometr aralıda yerləşir. İcmadakı su xətlərinin istismar müddəti çoxdan başa çatdığından əksər yerlərdə, demək olar ki, yararsız idi. Bu da kənd əhalisinin ev təsərrüfatlarının idarə olunmasında xeyli çətinlik yaradırdı. Kənd Təsərrüfatı Nazirliyi yanında Layihələrin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi bu layihə kənd təsərrüfatı ilə məşğul olan əhalinin fəaliyyətini yüngülləşdirmək, vaxt və enerji itkisinin qarşısını almaq üçün kənd infrastrukturunun inkişafına yönəlib.

Qeyd edək ki, İkinci Kənd İnvestisiya Layihəsi 10 ildən artıq müddətdir icra olunur. İndiyədək layihə çərçivəsində 1800-ə yaxın sosial və iqtisadi yönümlü infrastruktur layihələri reallaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.