REGİONLAR


Qaxın Qum kəndində yeni subartezian quyusu istifadəyə verilib

Qax, 9 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunda kənd əhalisinin içməli suya olan tələbatının ödənilməsi, həmçinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, iyunun 9-da rayonun Qum kəndində yeni subartezian quyusu əhalinin istifadəsinə verilib.

Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və “Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavini Rafiq Aslanov çıxış edərək, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamlardan irəli gələn vəzifələrə uyğun olaraq, son illər Qax rayonunda 39 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bildirilib ki, dövlətimizin başçısının bu il iyunun 5-də imzaladığı növbəti sərəncama əsasən, 2017-ci ildə respublikamızın 36 şəhər və rayonunda 150 ədəd, o cümlədən Qax rayonunun kəndlərində 6 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulur.

Mərasimdə kənd sakinləri Mehriban Nurməmmədova və Şirin Müslümov çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Yeni subartezian quyu Qum kəndinin gənclik massivində yaşayan yüzə yaxın ailənin içməli və suvarma suyuna olan tələbatının ödənilməsini təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.