Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Qaz İxrac edən Ölkələrin Forumu adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan xalqına sülh, müvəffəqiyyət və davamlı inkişaf arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumuna qoşulmasına və bu önəmli addıma dəstəyinizə görə Sizə təşəkkürümü bildirirəm. Qarşılıqlı faydalı əlaqələrimizin daha da möhkəmlənəcəyinə və öz hədəflərinə çatmaq üçün Forumun işinə davamlı dəstəyinizə ümid edirik.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Seyid Məhəmməd Hüseyn Adeli

Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin