REGİONLAR


Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib

A+ A

Qazax, 28 noyabr, Famil Quliyev, AZƏRTAC

Artıq 30 ildir ki, fəaliyyət göstərən Qazax Dövlət Rəsm Qalereyasında uşaq rəsm dərnəyinin üzvləri öz bacarıqlarını artıraraq müxtəlif rəsmlər çəkir, sərgilərdə iştirak edirlər.

Rayonun kəndlərindən rəsm həvəskarları bərpaçı-rəssam Yusif Əliyevdən dərs almaq üçün bu məkana tez-tez üz tuturlar. Hazırda dərnəyə 30-dək məktəbli gəlir. Uşaqlar əsasən milli ruhda əsərlər yaratmağa çalışırlar. Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsünkar təbiəti onların ən çox müracət etdiyi mövzulardır.

Rəsm dərnəyinin üzvlərindən Nigar Kazımova və Coşqun Əlizadə əsasən vətənpərvərlik və təbiət mövzularında şəkillər çəkməyi çox sevirlər. Onların arzusu gələcəkdə rəssamlıq üzrə ali təhsil almaqdır.

Dərnək üzvləri il ərzində rayonda keçirilən tədbirlərdə əsərlərini nümayiş etdirirlər. Onlar respublika və beynəlxalq rəsm sərgilərində mükafata layiq görülüblər. Qalereyada dərnək üzvlərinin məşhur rəssamlarla görüşlərinin keçirilməsi də ənənə halını alıb.

Qeyd edək ki, əsaslı təmirdən çıxmış müasir tipli rəsm qalereyasında hazırda 373 eksponat var. Bundan başqa, Azərbaycan miniatürləri, görkəmli alimlərin və şairlərin fotoşəkilləri, açıqcalar, qəzet və jurnallar qalereyanı zənginləşdirən eksponatlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.