REGİONLAR


Qazax-Kosalar avtomobil yolu yenidən qurulur VİDEO

A+ A

Bakı, 8 iyul, AZƏRTAC 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax-Kosalar avtomobil yolu yenidən qurulur.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 8 kilometr uzunluğunda, 4-5 metr enində olan Qazax-Kosalar avtomobil yolu torpaq və çınqıl örtüklü olduğundan burda xüsusən də payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Artıq bu problemin aradan qaldırlması üçün işlər görülür.

Yenidənqurma işləri çərçivəsində yol boyu yeni yol yatağı və yol əsası tikilir. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə 0,5 metr bərkidi zolaq və 1,5 metr çiyinlər olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Bundan başqa suların ötürülməsini təmin etmək üçün yol boyu 12 yerdə 300 və 500 millimetr diametrli suötürücü boruların tikintisi aparılıb. Yolun 3-cü kilometrliyində su kanalı üzərində yerləşən körpünün də təmir edilməsi nəzərdə tutulub. Körpünün uzunluğu 10 metr, eni isə 6 metrdir.

Bütün bu işlər yekunlaşdıqdan sonra yolun asfaltlanması istiqamətində işlərə başlanılacaq. Ümumilikdə yolun 48 min kvadratmetr sahəsinə ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Qeyd olunub ki, 8 kilometr uzunluğunda olan Qazax-Kosalar avtomobil yolunun yenidən qurulması ilə iki yaşayış məntəqəsinin 10 minə yaxın əhalisinin birbaşa olaraq Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna və rayon mərkəzinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.