REGİONLAR


Qazax kənd təsərrüfatı rayonu kimi öz keçmiş şöhrətini geri qaytara bilər

A+ A

Qazax, 17 avqust, AZƏRTAC

Qazax rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq, “Kənd təsərrüfatının vəziyyəti: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.

Məruzədə respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatlar, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi barədə məlumat verilib. Qeyd olunub ki, qarşıda duran əsas məqsəd rayonda yeni kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal gücündən səmərəli istifadə etmək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalını genişləndirmək və məhsuldarlığı artırmaqdır.

Bildirilib ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına nail olunub. Lakin mövcud imkanlardan tam istifadə edilmir. Əgər real imkanlardan düzgün və aqrotexniki qaydada istifadə olunarsa, o zaman rayonda məhsul istehsalı daha çox artar. Qazax kənd təsərrüfatı rayonu kimi öz keçmiş şöhrətini geri qaytara bilər. Bu vəzifələrin həyata keçirilməsi üçün mövcud çatışmazlıqlar və problemlər aradan qaldırılmalı, bu istiqamətdə əməli addımlar atılmalıdır. Belə olan halda kəndli bazara daha keyfiyyətli məhsullar çıxarar və son nəticədə kənd təsərrüfatından əldə edilən gəlir əhəmiyyətli dərəcədə artar.

Məruzə ətrafında çıxışlarda kənd təsərrüfatı məhsulları istehsalının artırılması yollarından, buna nail olmaq üçün görüləcək işlərdən danışılıb.

Sonra müşavirə diskussiya şəraitində davam etdirilib. Sahibkarların, fermerlərin və rayon sakinlərinin sualları və təklifləri cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.