REGİONLAR


“Qazax mahalının şairləri” kitabı işıq üzü görüb

A+ A

Qazax, 13 iyul, AZƏRTAC

Qazaxdakı Ədəbiyyat Muzeyində “Qazax mahalının şairləri” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov şairlər yurdu olan Qazax rayonunun mədəniyyətimizdəki, ədəbiyyatımızda, incəsənətimizdəki özünəməxsus yerindən söz açıb.

Qazax bölgəsi o qədər də böyük deyil, lakin şairlər yurdu adını qazanmaq böyük şərəfdir deyən R. Babaşov qeyd edib ki, bu gün Qazax rayonunda əsl poeziya bayramıdır. Bu gözəl möhtəşəm muzeydə “Qazax mahalının şairləri” kitabının təqdimat mərasimi keçilir. “Qazax mahalının şairləri” kitabının nəşr olunması və geniş oxucu kütləsinə təqdim olunması bizim hamımızı sevindirir. Kitabın ərsəyə gəlməsində zəhməti olan bütün insanları, qazaxlıları təbrik edirəm.

Sonra Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Ələddin İncəli, İsa Cavadoğlu çıxış edərək, kitabı ərsəyə gətirənlərin əməyini dəyərləndiriblər.

Çıxışlarda ədəbiyyatımıza, incəsənitimizə və mədəniyyətimizə yaradılan gözəl şəraitə, yaradıcı insanlara göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıq hissi ifadə olunub və ölkəmizdə, eləcə də Qazax rayonunda həyata keçirilən geniş tikinti-abadlıq və mədəni-quruculuq işlərindən də bəhs olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.