REGİONLAR
Qazax rayonu ilə tanışlıq litvalı qonaqlarda xoş təəssürat yaradıb
Qazax, 25 noyabr, Famil Quliyev, AZƏRTAC
Litva nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Qazax rayonunda olub.
Qonaqlar əvvəlcə şəhərdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla keçirilən görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Rikardas Malinauskas, İttifaqın vitse-prezidenti, Paqeqai əyalətinin meri Virginiyus Komskis, İttifaqın müşaviri, Avropa İttifaqındakı təmsilçisi Lina Sabaitiene, Akmyane əyalətinin icraçı direktoru Aromeda Lausiene, Trakay şəhər bələdiyyəsinin deputatı Yelena Yosioniene və Milli Məclisin deputatı, Azərbaycan-Litva parlamentlərarası işçi qrupunun rəhbəri Kamran Nəbizadə iştirak ediblər.
Sonra nümayəndə heyəti Heydər Əliyev Parkı və Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub.
Rayonda aparılan tikinti-abadlıq, yenidənqurma işləri, Şərq üslubu və müasirlik qonaqlarda xoş təəssürat yaradıb.