CƏMİYYƏT


Qazax rayonunun Quşçu Ayrım kəndində tank mərmisi aşkar edilib

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 8-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) ekspertləri Qazax rayonunun Quşçu Ayrım kəndində rayon icra hakimiyyətinin məlumatına əsasən, bir ev və həyətyanı sahəyə baxış keçiriblər. Baxış zamanı aşkar edilmiş bir partlamamış 125 millimetrlik tank mərmisi (OF-26) zərərsizləşdirilməsi üçün götürülüb. Nəticədə 20 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentlik tərəfindən yanvarın 1-dən iyunun 8-dək, ümumilikdə, 5 min 666 partlamamış hərbi sursat, tank əleyhinə 191 mina və piyada əleyhinə 30 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 3 milyon 854 min 477 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.