REGİONLAR


Qazax sakininin yetişdirdiyi badımcan pomidora bənzəyir

A+ A

Qazax, 10 avqust, Famil Quliyev, AZƏRTAC

Qazaxda pomidora bənzəyən badımcan yetişdirilib. Rayon sakini Alim Əzizovun bağında əkdiyi toxum məhsul verən zaman görənlərin marağına səbəb olub.

Bu badımcan növü 1 kiloqrama yaxın böyüyə bilir. Rayon sakini badımcanın məhsuldar olduğunu deyir, 1 ştil 4-5 kiloqram bar verir. Dadı, tumlarının az olması onu yerli badımcandan fərqləndirir. Məhz bu xüsusiyyətinə görə alıcısı da çoxdur.

Alim Əzizov AZƏRTAC-a bildirib ki, qərb bölgəsində ilk dəfə yetişdirilən bu badımcan növünün gələcəkdə geniş sahələrdə becərilməsi də mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.