REGİONLAR


Qazax və Şəmkirdə Milli Dirçəliş Günü qeyd olunub

A+ A

Qazax, 17 noyabr, Famil Quliyev, AZƏRTAC

Qazaxda 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək 1988-ci il noyabrın 17-də imperiya zülmündən cana doymuş Azərbaycan xalqının ayağa qalxmasının tarixə meydan hərəkatı kimi daxil olduğunu qeyd edib.

Bildirilib ki, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli azadlıq hərəkatında yeni mərhələ başlayıb. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən bu sessiyanın qərarları sovet rejiminə sarsıdıcı zərbə vurmaqla çox əhəmiyyətli rol oynayıb. Sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul olunması barədə qərar qəbul edilib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilib, Qafqazdakı lider rolunun möhkəmləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, güclü və qüdrətli ordu quruculuğuna, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə nail olunub.

X X X

Milli Dirçəliş Günü Şəmkirdəki Heydər Əliyev Mərkəzində də qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin əməkdaşları Arzu Həsənova, Fəxri Yusibov, rayonun ümumtəhsil məktəblərinin tarix müəllimləri Ceyhun Məmmədov, Xəyal Nəsibov, Naibə Məmmədova Azərbaycan xalqının milli dirçəliş hərəkatının tarixindən söz açıblar.

Tədbirdə Mərkəzin əməkdaşlarının Milli Dirçəliş Günü ilə əlaqədar hazırladıqları videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.