REGİONLAR


Qazaxda 522 hektardan çox sahədə şəkər çuğunduru əkilib VİDEO

Qazax, 29 may, Famil Quliyev, AZƏRTAC

Qazax rayonunda şəkər çuğunduru bu il ilk dəfə əkilsə də, məhsuldarlığın yüksək olacağı gözlənilir. Mütəxəssislərin fikrincə, lazımı qulluq göstərildiyi üçün bitkinin çıxışı da qənaətbəxşdir.

Fermer Müşkünaz Hüseynova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Bu il 4 hektar sahədə çuğundur əkmişəm, 250 ton məhsul gözləyirəm. Bütün kultivasiya işlərini görmüşük, indi seyrəltmə işi aparırıq. Gələcəkdə 10 hektar sahədə əkin aparmağı planlaşdırmışam”.

Cari ildə rayonda 522,64 hektar sahədə şəkər çuğunduru əkilib. Yığım zamanı 26 min tondan çox məhsul gözlənilir. Mütəxəssislərin hesablamalarına əsasən, 1 hektar şəkər çuğunduru sahəsindən 50 ton məhsul proqnozlaşdırılıb. Qeyd edək ki, yazda səpilən çuğundurun yığımına payız aylarında başlanacaq. Məhsul sahədən yığıldıqdan sonra isə İmişlidəki şəkər emalı zavoduna təhvil veriləcək. Mütəxəsisslər hesab edir ki, ölkə başçısının şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında Fərmanına əsasən, təhvil verilmiş məhsula görə subsidiyanın ödənilməsi bu sahəni daha da inkişaf etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.