REGİONLAR
Qazaxda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan tədbir keçirilib
Qazax, 18 aprel, AZƏRTAC
Qazax Rayon İcra Hakimiyyətinin və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə mədəni irsin təbliği, abidələrimizin və tarixi yerlərimizin qorunması istiqamətində silsilə tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, həmin tədbirlərdən biri də rayonun Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbində təşkil olunub. Təhsil və mədəniyyət işçilərinin, şagirdlərin iştirak etdikləri tədbirdə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva çıxış edərək Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, məktəblilərdə abidələrimizin və tarixi yerlərimizin qorunmasına, abidələrə maraq yaranmasıda bu cür tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Sonra ərazidə yerləşən müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələrini özündə əks etdirən tarixi abidələrin fotoşəkilləri nümayiş olunub, “Avey” Dövlət Tarix- Mədəniyyət Qoruğu haqqında məlumat verib.
Qoruğun ərazisində yerləşən vulkan mənşəli Göyəzən dağı, qayalardan damla-damla süzülüb gələn dünya əhəmiyyətli Damcılı bulağı, Qafqazda ilk yaşayış məskənlərindən biri olan Daş Salahlı mağarası və digər tarixi, memarlıq abidələri, inanc yerləri haqqında videoçarx nümayiş etdirilib.