ELM VƏ TEXNOLOGİYA


Qazaxda “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda təlim təşkil edilib

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Müvəkkil Hüquq Mərkəzi Qazax rayonunda “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda təlim təşkil edib.

Müvəkkil Hüquq Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əhali arasında “Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində baş tutub.

Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov layihə haqqında geniş məlumat verərək, son dövrlər sözügedən mövzunun aktual olduğunu qeyd edib.

Təlim-treninqlər nəzəri və praktik hissələrdən ibarət olmaqla, "Sahibkarlıq subyektləri arasında bağlanmış əqdlərin hüquqi aspektləri" və "Sahibkarlıq subyektlərində mühasibatlıq işinin təşkili" mövzularında aparılıb.

Təlimlərin ikinci, praktik hissəsində isə treninq iştirakçıları 2 qrup üzrə komanda çalışmalarında iştirak edərək, təqdimatlar hazırlayıblar.

Sonda təlimi uğurla başa vuran sahibkarlara sertifikatlar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.