REGİONLAR


Qazaxda Xalq Yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Qazax, 28 iyul, Famil Quliyev, AZƏRTAC

Xalq Yazıçısı İsmayıl Şıxlının vəfatının 22-ci ildönümü ilə əlaqədar Qazax rayonunda anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, görkəmli söz ustadının adını daşıyan parkda xatirəsinə ucaldılmış abidə önündə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova İsmayıl Şıxlının əsərlərinin millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından dəyərinin çox böyük olduğunu bildirib.

Qeyd olunub ki, İsmayıl Şıxlı əsərlərində mənəvi-ictimai problemləri ön plana çəkərək dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirib. Yazıçının əsərlərində azərbaycançılıq ideyası öz əksini tapıb və hər dövr üçün aktuallığını qoruyub saxlayıb.

Şairlərdən Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal, Ələddin İncəli, Mustafa Rasimoğlu, Tamella Poladlı, Səhlədar Hidayətoğlu, Mübariz Qaragözlü və başqaları çıxış edərək İsmayıl Şıxlı yaradıcılığından söz açıb, yazıçının Azərbaycan ədəbiyyatına bəxş etdiyi nümunələrdən danışıb, xatirəsinə həsr etdikləri şeirləri söyləyiblər.

Sonda yazıçının ailə üzvləri adından çıxış edən Teybə Hüseynova İsmayıl Şıxlı yaradıcılığına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.