REGİONLAR


Qazaxda aşıq Ədalətə həsr olunmuş  “Ecazkar barmaqların sehrində” adlı konsert təşkil edilib

Qazax, 29 iyul, Famil Quliyev, AZƏRTAC

Qazax Rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü, aşıq Ədalət Nəsibovun sənət dünyasına həsr olunmuş “Ecazkar barmaqların sehrində” adlı Qazax, Ağstafa və Tovuz aşıqlarının birgə konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev tədbiri açaraq ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan aşıq sənətinə, aşıqlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilib. Bu, aşıq sənətinə və Azərbaycan aşıqlarına verilən qiymətin ən bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, Ədalət Nəsibovun yaradıcılığı, onun Azərbaycan mədəniyyətinə, poeziyasına bəxş etdiyi yüzlərlə saz havası, aşıq musiqisi bu gün gənc aşıqlar üçün bir örnəkdir. Ədalət Nəsibov bu gün aşıq sənətində xüsusi yeri olan, böyük zirvələr fəth edən, ən əsası isə solo saz sənətini yaradan bir sənətkardır.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal çıxış edərək Ədalət Nəsibovun həyat və yaradıcılığından danışıb.

Sonra söz saz ifaçılarına verilib. Ədalət Nəsibovun şərəfinə yazılmış şeirlər oxunub, bir-birindən şux mahnılar səslənib.

Qazax Aşıqlar Birliyinin sədri, aşıq Camoy Qurbanov, Saqif Məzəmli, Hüseyn Əzizoğlu, Hüseyn Şəmistanoğlu və başqaları Ədalət Nəsibova həsr olunmuş şeirlər söyləyib, onun ifa etdiyi saz havalarını oxuyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.