REGİONLAR


Qazaxda beynəlxalq turnirə start verilib

A+ A

Qazax, 24 iyul, AZƏRTAC

Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və "Qazax" Süd Məhsulları"nın təşkilatı dəstəyi ilə ulu öndər Heydər Əliyev kuboku uğrunda növbəti kikboksinq turniri keçirilir.

AZƏRTAC xəbər verir ki, Gürcüstan və Azərbaycan kikboksçularının bir araya gətirən beynəlxalq turnir 2016-ci il iyulun 24-də Qazax Olimpiya Kompleksində baş tutub.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Qazax şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Turnir Azərbaycan idmançıları arasında reytinq döyüşləri keçirilməsi ilə başlayıb. Reytinq döyüşlərinin qalibi Gəncə-Samuxu təmsil edən Elxan Əliyev, Qarabağ təmsilçisi Alişan Aslanlı olublar.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkədə, o cümlədən rayonda idmana və idmançılara yaradılan şəraitdən söhbət açıb.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev beynəlxalq turnirlərin keçirilməsinin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr oluan yarışların keçirilməsi federasiyamız tərəfindən dəstəklənir və belə tədbirlərin təşkilinə şərait yaradır. İdmançılarımız beynəlxalq tipli yarışlarda döyüşlərə çıxmaları üçün təcrübələrini artırır. Çalışırıq ki, idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda iştirakına stimul verək. Belə yarışlar bölgədə də təşkil olunacaq. Məqsəd region gənclərinin idmana olan marağını daha da artırmaqdır.

Tədbirdə Milli Məclisin deputatları Fuad Muradov və Kamran Nəbizadə ölkədə idmanın inkişafı ilə bağlı görülən işlərdən bəhs ediblər.

Gürcüstan Kikboksinq Federasiyasının prezidenti Laşa Guladze bildirib ki, belə tədbirlərin keçirilməsi qardaş Azərbaycan və gürcü xalqları arasında olan dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Sonra Azərbaycannın və Gürcüstanın dövlət himnləri səsləndirilib, qısa konsert proqramından sonra yarışa start verilib.

Qeyd edək ki, Azərbaycan tərəfdən AKF yığma komandasının üzvləri Zöhrab Əzimov (60 kq), Ruslan Əliyev (63,5 kq), Arzuman Qədimov (67kq), Ramal Aslanov (71 kq), Emil Mövsumzadə (75 kq), Ehtiram Rzayev (81kq), Bəhram Rəcəbzadə (94 kq) çəki dərəcəsində olan təcrübəli idmançılar AKF-nin peşəkarlar üzrə baş məşqçisi Elşən Abdulrəhimovun hazırlığı ilə öz güclərini sınayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.