REGİONLAR


Qazaxda əhəng zavodları və quşçuluq fermaları tikilir

A+ A

Qazax, 20 oktyabr, Famil Quliyev, AZƏRTAC

Qazax rayonunda cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.

AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun hesabat məruzəsi dinlənilib. Məruzədə qeyd edilib ki, 2016-cı ilin 9 ayı da rayon üçün uğurlu olub. Belə ki, cari ilin ötən dövründə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 13.200 min manat, ümumi məhsul buraxılışının həcmi 132.145 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 10 milyon 50 min manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,6 faiz az, kənd təsərrüfatı məhsullarının həcmi 47 milyon 209 min manat və ya 2015-ci ilin doqquz ayı ilə müqayisədə 4,8 faiz çox olub.

Ötən dövrdə Qazaxda 14 yeni müəssisə yaradılıb, 1487-si daimi olmaqla, 1577 yeni iş yeri açılıb.

Rayonda tikinti-quruculuq, abadlıq işləri də davam etdirilib. Diqqətə çatdırılıb ki, hər birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində və "Carçıoğlu" şirkəti tərəfindən Xanlıqlar kəndində 2 yeni əhəng zavodunun tikintisi davam edir. Həmin zavodlarda 450-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub. Orta Salahlı kəndində isə aylıq gücü 30 min baş olan quşçuluq fermaları tikilir.

Hesabat yığıncağında rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, rayon mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov və başqaları çıxış edərək, görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.