REGİONLAR
Qazaxda general-leytenant Əlağa Şıxlinskinin 150 illik yubileyinə həsr olunan futbol turniri keçirilib
Qazax, 21 aprel, AZƏRTAC
Qazaxda rayon icra hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin rayon şöbəsinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli hərbi xadimi, tanınmış hərbçi alim, general-leytenant Əlağa Şıxlinskinin 150 illik yubileyinə həsr olunan futbol turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turniri Qızıl Aypara Cəmiyyətinin Qazax rayon şöbəsinin sədri Qurban Qurbanlı açaraq, görkəmli hərbi xadimin keçdiyi həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra rayon stadionunda keçirilən xatirə tirnirinə start verilib. Final mərhələsində Xanlıqlar və Birinci Şıxlı kənd futbol komandaları qarşılaşıblar. Gərgin keçən mübarizə şəraitində Birinci Şıxlı kəndinin futbol komandası turnirin qalibi olub.
Qalib komandaya Qızıl Aypara Cəmiyyətinin mükafatları təqdim olunub.