REGİONLAR
Qazaxda inşa olunan əhəng zavodu idxaldan asılılığı azaldacaq
Qazax, 28 aprel, Famil Quliyev, AZƏRTAC
Qazaxda “Mətanət A” şirkəti tərəfindən inşa edilən, illik istehsal gücü 50 min ton olan əhəng zavodunun tikintisi başa çatmaq üzrədir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, zavodun tikintisinə 15 milyon manat investisiya qoyulub. Müasir standartlara cavab verəcək zavod ən müasir texnologiyalarla təmin olunacaq. İsveçrənin qabaqcıl “MAERZ” şirkətinin avadanlıq və texnologiyaları əsasında qurulacaq zavod yerli sənaye müəssisələrini keyfiyyətli əhənglə təmin etməklə yanaşı, idxaldan asılılığı da azaldacaq.
Yeni istehsal müəssisəsində 250 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]