REGİONLAR
Qazaxda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Qazax, 22 sentyabr, Famil Quliyev, AZƏRTAC
Qazax Rayon İcra Hakimiyyətinin və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Vətən üçün hazır ol” layihəsi çərçivəsində 1 nömrəli tam orta məktəbdə rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə münsiflər heyətinin rəyinə əsasən A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin XI sinif şagirdi Əsgərova Ülkər Əhəd qızı I yerə, Qazax şəhər F.Şamoyev adına 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Hacıyeva Gülər Rafət qızı II yerə, Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Süleymanova Türkan Mübariz qızı və Qazax şəhər İ.Qayıbov adına 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Yusifova Aydan Əfqan qızı isə III yerə layiq görülüblər.
Qaliblərə qiymətli hədiyyələr və diplomlar verilib.