REGİONLAR


Qazaxda keçirilən müşavirədə qışa hazırlığın vəziyyəti müzakirə olunub

A+ A

Qazax, 2 noyabr, Famil Quliyev, AZƏRTAC

Qazaxdakı Gənclər Mərkəzində rayonda qışa hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq, qışa hazırlıqla bağlı görülmüş işlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı məlumat verib.

Rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, mərkəzi xəstəxananın baş həkimi Arzu Novruzov, su-kanal idarəsinin rəisi Alı Hüseynov və başqaları qışa hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat veriblər.

R.Babaşov müşavirəyə yekun vuraraq, nöqsan və çatışmazlıqlar barədə danışıb, onların vaxtında aradan qaldırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.