REGİONLAR
Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə uşaq bağçası açılıb
Qazax, 21 fevral, Famil Quliyev, AZƏRTAC
Fevralın 21-də Qazax rayonunun Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov qəsəbə sakinlərini, valideynləri təbrik edib, rayonda balaca fidanların sağlam böyümələri üçün yaradılan şəraitdən danışıb.
Sonra valideynlər, müəllimlər, qəsəbə sakinləri çıxış edərək uşaqlara göstərilən dövlət qayğısından söz açıblar.
Yeni bağçada Qazaxın işğal altındakı Barxudarlı, Bağanıs Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Sofulu və Xeyrimli kəndlərindən olan 55 məcburi köçkün uşaqları 3 qrupda tərbiyə alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]