REGİONLAR


Qazaxda şəhidlərin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilir

A+ A

Qazax, 30 noyabr, Famil Quliyev, AZƏRTAC

Qazaxda rayon icra hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində mini-futbol turnirinə start verilib. Yarışlar aprel döyüşlərində şəhid olmuş Mühüd Orucov, Elvin Namazov və Orxan Əliyevin xatirəsinə həsr edilib. Turnir ərəfəsində şəhid ailələri ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə Qazax və Ağstafa rayonlarından 22 komandanın 220 idmançısı iştirak edir. Turnir rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği, aprel döyüşlərində həlak olmuş şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hissləri aşılamaq məqsədi daşıyır.

Yarışlar dekabr 7-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.