REGİONLAR


Qazaxda taxıl biçini davam edir

A+ A

Qazax, 6 iyul, AZƏRTAC

Qazax rayonunda taxıl biçini uğurla davam etdirilir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Artıq fermerlər 5132 hektar sahədə biçin işlərini yekunlaşdırıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, zəmilərin 2891 hektarını buğda, 2241 hektarını isə arpa təşkil edib. Buğdanın hər hektarında orta məhsuldarlıq 27 sentner, arpada isə 23,5 sentnerdir.

Qeyd edək ki, qazaxlı fermerlər 7 min 820 hektar sahədə taxıl yetişdirib. Taxıl əkilən sahələrin 5559 hektarını buğda, 2261 hektarını isə arpa zəmiləri təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.