CƏMİYYƏT


Qazaxda telefon mağazasından oğurluq edən şəxs tutulub

Bakı, 9 avqust, AZƏRTAC

Qazax rayonu ərazisindəki mağazaların birindən xeyli sayda telefon oğurlanması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar aidiyyəti üzrə Qazax Rayon Polis Şöbəsində yaradılan əməliyyat qrupu hadisə yerinə gələrək oranı müayinə edib, müvafiq araşdırmalar aparılıb. Faktla əlaqədar rayon polis şöbəsində cinayət işi başlanılıb.

Polis şöbəsinə dəvət edilən mağaza sahibi izahatında oradan satış üçün nəzərdə tutulan və təmirə gətirilmiş ümumilikdə 45 mobil telefonun, həmçinin eyni sayda satış üçün nəzərdə tutulan, telefonların üzərilərində olan sim nömrələrin və 1 noutbukun oğurlandığını bildirib.

Əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. O, saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Alıyev olması müəyyən edilib. Saxlanılarkən oğurlanmış mobil telefonlardan biri maddi sübut kimi onun üzərindən aşkar edilərək götürülüb. Təkzibolunmaz sübutlar qarşısında o, törətdiyi oğurluğu etiraf edib.

Müəyyən edilib ki, E.Alıyev bir müddət əvvəl gəzmək üçün Qazaxa gəlib və özünü təhsil müəssisələrindən birinin tələbəsi kimi təqdim edərək şəhər ərazisində kirayədə yaşayıb.

Dindirmələr zamanı o, digər telefonları və noutbuku paytaxt ərazisində satdığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.