REGİONLAR


Qazaxda tütün yığımına başlanılıb

Qazax, 3 iyul, Famil Quliyev, AZƏRTAC

Bu il Qazaxda 50 hektar sahədə tütün əkilib. Bunun 30 hektarı Kosalar kəndi ərazisindədir. Burada əkilən tütün “Virciniya” sortudur. Bu sortun xüsusiyyətinə görə, boyu uca olmasa da, yarpaqları enli və çox olur ki, bu da məhsuldarlıq baxımından əlverişlidir. Kənd sakinləri tütünün maya dəyərinin azaldılması üçün şitili özləri yetişdiriblər.

Tütünçü Nailə Həbibova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Kosalar kəndinin sakiniyəm, biz bu məhsulu özümüz əkib-becərmişik. Hazırda tütün yarpaqlarının dərilmə vaxtı çatıb. Yarpaqları qurudub zavoda təhvil verəcəyik”.

Tütünçülər yığdıqları yarpaqları elə sahənin yaxınlığında ipə düzüb qurudurlar. Eyni zamanda, tütünün alaq otlarından təmizlənməsi işi də aparılır. Bu işlə 50-60 nəfər məşğul olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.